Yüksəkliklərin azad olunmasını ailəsinə müjdələyib, şəhid olan igidimiz - FOTO

16:00 13-01-2021 594

44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Bununla da 30 illik həsrətə son qoyuldu. 

Torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2841 hərbi qulluqçusu həlak olub. Bəzi yaralı hərbi qulluqçularımızın isə tibb müəssisələrində müalicəsi davam edir.

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Fərid Nadirovdur. 

Qəhrəmanımız 2000-ci il, sentyabrın 21-də Göyçay rayonunda anadan olub.

F.Nadirov 2019-cu ildə hərbi xidmətə yollanıb.

Şəhidimiz Vətən müharibəsində Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 

Oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayıb və ailəsinə bildirib ki, üç yüksəklik alınıb.

İgidimiz oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailədə bir bacı, bir qardaş olublar.

İlhamə Əbülfət