Brüsseldə polis bölməsində həyatını itirən İbrahim adlı gəncə görə iğtişaşlar baş verib - VİDEO

01:20 14-01-2021 492

Belçikanın paytaxtı Brüsseldə bir qrup şəxs polis bölməsində ölən 23 yaşlı İbrahim adlı gəncə görə etiraz aksiyaları keçirib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bir müddət davam edən sivil etiraz polislə qarşıdurmaya çevrilib.

Nümayişçilər polis bölməsinə od vurub, hüquq-mühafizə orqanlarının əməkdaşlarını daş-qalaq ediblər.