Pulmonoloq “kovid öskürəyi”nin xüsusiyyətlərini izah etdi

07:00 15-01-2021 498

Bir “kovid öskürəyi” siqaret çəkənlərin səhər saatlarında öskürəyinə çox oxşayır.

“Sputnik”in məlumatına görə, bu barədə pulmonoloq Aleksandr Karabinenko məlumat verib.

Onun sözlərinə görə, “kovid öskürəyi” sərt və qurudur, insanın boğazı uzun müddət qıcıqlanır.

Eyni zamanda, koronavirus öskürəyinin fərqlənədirən xüsusi “çalarlar” var ki, bunu ancaq mütəxəssis müəyyən edə bilir.

“Xəstənin səsi batır və ya xırıltılı olur, üstəlik ağır nəfəs alır. Bu öskürəyin səs notlarını sözlə çatdırmaq olduqca çətindir”, - deyə həkim vurğulayıb.

Bununla belə mütəxəssis təkcə səs əsasında diaqnoz qoymağın mümkün olmadığını, hər bir halda testlərin tələb olduğunu bildirib.