Külək Qubada fəsadlara səbəb olub - VİDEO

21:00 15-01-2021 453

Qubada ötən gün axşam saatlarında başlayan külək səhər saatlarında güclənib. 

Baku TV xəbər verir ki, külək rayonun Qımılqazma kəndində Qəribovlar ailəsinin yaşadığı evin dam örtüyünü uçurub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Külək həmçinin qonşu kəndlərdə ağacları qırıb. 

Baku TV-nin küləyin yaratdığı fəsadlarla bağlı hazırladığı süjeti təqdim edirik: