Poçettino koronavirusa yoluxub

00:20 16-01-2021 439

PSJ-nin baş məşqçisi Maurisio Poçettino koronavirusa yoluxub.

Bu barədə AS agentliyi məlumat yayıb.

48 yaşlı mütəxəssis karantinə alınıb və müayinəsinə start verilib.

Qeyd edək ki, PSJ-nin iki futbolçusu Kolen Daqba və Tilo Kerer də COVID-19-a yoluxub.