ABŞ Əfqanıstanda və İraqda hərbçilərinin sayını yenidən azaldıb

00:40 16-01-2021 378

Rəsmi Pentaqon ABŞ-ın İraqda və Əfqanıstanda yerləşən hərbi kontingentinin sayını 2 500 nəfərə qədər azaldıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Naziri Kristofer Miller açıqlama verib.

“Bu ixtisar Donald Trampın əmri əsasında həyata keçirilib və ABŞ hərbi qüvvələrinin sayı 2001-ci ildən etibarən ən aşağı həddə çatdırılıb”, - deyə K.Miller bildirib.