ABŞ-da Kapitoliyə hücumla bağlı Milli Qvardiya əməkdaşı həbs olundu

06:40 16-01-2021 323

ABŞ-da Kapitoliyə hücum zamanı saxlanılanlardan birinin Virciniya ştatının Milli Qvardiyasının döyüşçüsü Ceykob Fraker olduğu bildirilib.

Bu barədə “The Hill” məlumat yayıb.

“Virciniya ştatının Milli Qvardiyası bu məsələ ilə bağlı araşdırma aparır və araşdırma başa çatdıqdan sonra əlavə informasiya təqdim ediləcək”, - deyə qeyd olunub.