Boliviya prezidentinə Rusiya peyvəndi vurulacaq

08:00 16-01-2021 352

Boliviya prezidenti Luis Arseyə koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndi vurulacaq. Bu barədə, ölkə başçsının mətbuat katibi Xorxe Rixter məlumat verib.

“Prezident ilk peyvənd olunanlardan biri olacaq və bununla da ölkədə aparılan vaksinasiya kampaniyasına tam olaraq etibar etdiyini göstərəcək”, - deyə o, bildirib.

X.Rixterin sözlərinə görə, vitse-prezident David Çokeuanka da ilk peyvənd olunanlar sırasında yer alacaq. Nazirlər isə artıq vaksinasiyanın ikinci mərhələsində iştirak edəcəklər.

Qeyd edək ki, Rusiya peyvəndinin 6 min dozalıq ilk partiyası yanvarın sonlarında Boliviyaya çatdırılacaq.