“8 Noyabr” metrostansiyası nə zaman açılacaq? - AÇIQLAMA

10:00 16-01-2021 348

“8 Noyabr” stansiyasında infrastruktur baxımından tamamlanma işləri görülür”

Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov HerGun.Az-ın sorğusuna cavab olaraq deyib.

O bildirib ki, stansiyasının açılışı ilə bağlı hələ ki, dəqiq tarix müəyyən olunmayıb:

“Stansiyanın açılışı ilə bağlı dəqiq tarix bəlli olanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə həmin stansiyanın yanvarın sonunda açılacağı ilə bağlı iddialar yayılıb.

Könül Cəfərli