Amsterdamdakı etiraz aksiyasına polis müdaxiləsi

22:00 17-01-2021 424

Niderland polisi Amsterdamdakı icazəsiz etiraz aksiyasını dağıtmaq üçün su şırmaqlarından istifadə edib.

TASS-ın məlumatına görə, bu barədə ölkənin kütləvi informasiya vasitələri xəbər yayıb.

Bildirilir ki, nümayiş əvvəl bələdiyyə tərəfindən qadağan edilib, lakin bir neçə yüz nəfər hələ də Nazirlər Kabinetinin tədbirlərinə və hökumətin koronavirus pandemiyasına qarşı siyasətinə etiraz olaraq şəhərin mərkəzi meydalarından birində toplaşıb.

Nümayişçilərin çoxu bir-birindən 1,5 m məsafə saxlamayıb və maskasız olublar.

Nümayişçilər hüquq-mühafizə orqanlarının meydanı tərk etmək tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra su şırnaqları istifadəyə buraxılıb.