Liverpul səfərində uduzmayan “Mançester Yunayted” liderliyini möhkəmlətdi - VİDEO

00:40 18-01-2021 382

İngiltərə Premyer Liqasının XIX turunun mərkəzi görüşü Liverpulda keçirilib.

Yerli komanda lider “Mançester Yunayted”i qəbul edib.

Bu qarşılaşmaya qədər 33 xalı olan və liderdən iki pillə aşağıda qərarlaşmış meydan sahibləri oyuna dönüş nöqtəsi kimi baxsalar da, qarşılaşmada hesab açılmayıb.

Tərəflərin cəhdlərinə baxmayaraq matç başladığı kimi sona çatıb.

Bununla da xalını 37-ə yüksəldən “qırmızı şeytanlar” liderliyini möhkəmlədib.

Qarşılaşmanın qısa xülasəsini təqdim edirik: