2020-ci ildə Azərbaycanda qaz istehlakının həcmi məlum oldu

13:40 18-01-2021 409

Ötən il ərzində ölkəmizdə ümumilikdə 12 milyard kubmetr təbii qaz istehlak olunub.

Bu barədə Dövlət Neft Şirkətinin “2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri”ndə məlumat verilib.

Bildirilib ki, Azərbaycan təbii qazının ixracatı isə 16 faiz artırılaraq, 13.4 milyard kubmetrə çatıb.

2020-ci ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib, ilin son günündə isə ilk dəfə Avropa bazarına ixrac olunmağa başlanıb.