Koronavirus qorxusundan üç ay aeroportda gizləndi

06:20 19-01-2021 338

ABŞ-da koronavirusa yoluxma qorxusu ilə üç ay Çikaqo hava limanında gizlənən ölkə vətəndaşı tutulub.

“NBC5Chicago” telekanalı xəbər verir ki, Kaliforniya ştatından olan 36 yaşlı Aditya Sinqx 19 oktyabrda Çikaqoya gəlib və o zamandan bəri Ohara Hava Limanından çıxmayıb.

Los-Ancelesdə yaşayan Sinqx saxlanılıb.

Hava limanı işçisinə məxsus jetonu əldə edən Sinqx sərnişinlərin onunla paylaşdığı yeməklə qidalanıb.

O, qadağan olunmuş əraziyə qanunsuz giriş və oğurluqda ittiham olunur.