Ağcabədidə traktor yük avtomobili ilə toqquşdu: Ölən var

13:20 20-01-2021 284

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 19-da saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi MAN markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi MTZ markalı traktorla toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Fətəliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.