Dünyanın nəhəng klubları gənc müdafiəçiyə elçi düşüb

02:20 21-01-2021 393

Niderland “Feyenord”unun müdafiəçisi Markos Senesi klubunu dəyişə bilər.

“De Telegraaf” nəşri xəbər verir ki, Madridin “Real” klubu 23 yaşlı argentinalı futbolçunun xidmətlərində maraqlıdır.

“Feyenord” isə 35 milyon avro dəyərində qiymətləndirilən futbolçunu buraxmaq istəmədiyini açıqlayıb.

Mənbə yazır ki, M. Senesi uğrunda “Mançester Siti” və “Milan” da mübarizə aparır.