Türkiyə Azərbaycan-Türkmənistan Anlaşma Memorandumunu alqışladı

01:20 22-01-2021 461

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq.

Bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Açıqlama qeyd olunub:

“Bu anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan və Türkmənistan xalqlarına xeyirli olmasını və bölgənin rifahı və sabitliyinə güc gətirməsini istəyirik. Bu anlaşmanın Türkiyə ilə Avropanın qalan hissələrinin enerji təhlükəsizliyini artıracaq layihələrin də önünü açmasını arzu edirik”.