Çində iki böyük xəstəxana koronavirus şübhəsilə karantinə alındı

01:00 23-01-2021 404

Çinin Şanxay şəhərində iki xəstəxana yeni koronavirus növü şübhəsiylə karantinə alınıb.

“Global Times” qəzetindəki xəbərə görə, Fudan Universiteti Şanxay Xərçəng Mərkəzi və Ciao Universiteti Tibb Fakültəsinin Ren Ci Xəstəxanasında şübhəli halların ortaya çıxması səbəbi ilə ambulator xidmətlər dayandırılıb.

Həm xəstəxana binaları, həm də ətrafdakı bəzi yaşayış məntəqələri təcrid edilib, xəstəliklərə qarşı mübarizə və profilaktika qrupları araşdırmalara başlayıb.

Hər iki xəstəxana Çinin müxtəlif bölgələrindən xəstələrin müalicə üçün gəldiyi etibarlı sağlamlıq mərkəzləri kimi tanınır.

Xatırladaq ki, ötən ilin aprelindən koronavirusdan cəmi bir ölümün qeydə alındığı Çində son sutka ərzində 222 yoluxma aşkarlanıb.