İki min koronavirus peyvəndi təmizlik işçisinin səhvinə görə yararsız vəziyyətə düşdü

05:40 23-01-2021 426

ABŞ-ın “Moderna” şirkətinin koronavirusa qarşı hazırladığı iki min peyvənd Boston şəhərinin xəstəxanasında təmizlik işçisinin soyuducunu söndürməsinə görə yararsız vəziyyətə düşüb.

Bu barədə ABC məlumat yayıb.

Hadisənin yanvarın 19-da baş verdiyi qeyd olunur.

“Soyuducu təhlükəsiz yerdə olub və siqnalizasiya ilə təchiz edilib. Müəyyən edilib ki, müqavilə əsasında çalışan təmizlik əməkdaşı təsadüfən soyuducunu enerjidən ayırıb və sonradan cihaz enerji mənbəyinə qoşulmayıb”, - deyə xəbərdə bildirilib.