Portuqaliyada prezident seçkiləri keçirilir

13:00 24-01-2021 287

Bu gün Portuqaliyada prezident seçkiləri keçirilir. Dövlət başçısı postuna 7 namizəd qeydə alınıb. Onların arasında hazırki prezident Marselu Rebelu di Souza da var.

Ölkə üzrə seçki məntəqləri Bakı vaxtı ilə saat 12.00-da açılıb və 22.00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Portuqaliyada 9 milyon nəfər səsvermə hüququna sahibdir. Ölkə qanunvericiliyinə əsasən, prezident 5 il müddətinə ümumi, birbaşa və gizli səsvermə yolu ilə seçilir.

Hazırki prezident 72 yaşlı Ribelu di Souza 2016-cı ildən etibarən ölkəyə rəhbərlik edir. Seçkiöncəsi aparılan sosialoji sorğulara əsasən builki kampaniyanın favoriti də məhz odur.

Əgər namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, o zaman fevralın 14-də səsvermənin ikinci mərhələsi keçiriləcək.