Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlandı

16:00 24-01-2021 413

2021-cil il yanvarın 1-nə olan ilkin mələumata əsasən, ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5 milyon 250 min nəfərdir ki, onların da 4 876 000 nəfəri məşğuldur.

Bu barədə “Trend”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, iqtisadi fəal əhalinin 1 685 000-i muzdlu işçilər təşkil edir. Onların 917.800 nəfəri dövlət, 766.700 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Neft-qaz sənayesi sahəsində çalışanların sayı 33.900, qeyri-neft sektorunda isə 1 milyon 650 min nəfərdir.

Komitədən verilən məlumata görə, muzdlu işçilərin 24,5%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,8% tikinti, 7,7% emal sənayesi, 3,5% kənd və meşə təssərüfatı, eləcə də balıqçılıq, 2%-i mədən sənayesi, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i isə elektrik enerjisi, qaz və buxarın istehsalı, həmçinin paylanması sahələrində çalışırlar.

Məşğul əhalinin 19,7%-i təhsil, 18,2%-i nəqliyyat vasitələrinin ticarəti və təmiri, 8,2 %-i səhiyyə və sosial xidmətlər, 6,6%-i dövlət idarəçiliyi,  4,7%-i inzibati və köməkçi xidmətlər, 4,5%-i nəqliyyat və yükdaşıma, 3,4%-i elimi-texniki fəaliyyət, 3,2%-i istirahət və əyələncə, 1,8%-i isə maliyyə və sığorta sahəsinin payına düşür. Bununla yanaşı əhalinin 1%-i daşınmaz əmlakla bağlı əməliyyatlar, 1,1%-i isə digər sahələrdə məşğuldur.

Xatırladaq ki, 2020-ci ilin sonu üçün Azərbaycan əhalisi 0,6% artaraq 10 milyon 123 min nəfərə çatıb.