Rəqqasə Fatimə: “Pulları ütüləyib yığırdım” - VİDEO

18:00 25-01-2021 462

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı rəqqasə Fatimə Fətəliyeva olub. 

Rəqqasə keçdiyi əziyyətli sənət yolundan danışıb:

“Pulları ütüləyib yığırdım. Gətirib anama verdim ki, bu qədər pul qazanmışam. O mənim üçün yığıb. Kreditə girib, 2 otaqlı ev almışam. Sonra gördüm ki, paltarlarım çoxalır, həm də dünyaya övladım gəldi. Dedim bunu satım başqa ev alım. Yaşayıramsa, qazanıramsa özümə layiq ev, şərait yaratmalıyam”.