Miller: “Tramp yeni partiya yaratmağı planlaşdırmır”

06:40 26-01-2021 340

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni partiya yaratmayacaq, 2022-ci ildə Konqresə seçkilərdə respublikaçılara yardım edəcək.

Bu barədə “Fox News” siyasətçinin müşaviri Ceyson Millerə istinadən yazıb.

“Trampın məqsədi 2022-ci ildə Nümayəndələr Palatası və Senatı respublikaçılara qaytarmaqdan ibarətdir”, - deyə C.Miller bildirib.

O, qeyd edib ki, Donald Tramp bu səylərdən kənar heç nə planlaşdırmır.