Pandemiya dövründə dünyanın ən təhlükəsiz hava yolları şirkəti açıqlandı

08:20 26-01-2021 413

“Qatar Airways” pandemiya dövründə səyahətlər üçün ən təhlükəsiz şirkət hesab olunur.

“DailyMail”in məlumatına görə, Britaniyanın “Skytrax” marketinq şirkətinin ekspertləri bu qərara gəliblər.

Qətər milli hava yolları şirkəti “Skytrax” tərəfindən təhlükəsizliyə görə 5 ulduz alan və pandemiya dövründə uzaq məsafəli uçuşlar həyata keçirən yeganə şirkətdir. Belə ki, Qətər təyyarələrinin sərnişinləri yerə enməzdən əvvəl koronavirusdan qorunmaq üçün xüsusi papaqlar və gigiyena vasitələri paketi ilə təmini olunurlar.   

“Uçuşöncəsi təyyarələr Doha və digər hava limanlarında ciddi şəkildə təmizlənir, dezinfeksiya olunur. Biznes və ekonom sinifli salonlara eyni dərəcədə diqqət edilir”, -deyə “Skytrax”ın hesabatında bildirilir.

Qeyd edək ki, ötən ilki reytinqdə ilk pilləni digər bir ərəb şirkəti “Emirates Airlines” tutmuşdu.