Ənənəvi dərslər 15 gün müddətinə açılır? - AÇIQLAMA

13:00 27-01-2021 358

Təhsil Nazirliyi sosial şəbəkələrdə ənənəvi dərslərin 15 günlük açılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

HerGun.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. 

Onun sözlərinə görə, dərslərin başlamasının koronavirusa yoluxmada artıma səbəb olub-olmadığı barədə məlumat 14 gündən sonra məlum olacaq:

“Fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, V-IX siniflər üçün tədrisin bərpası ləngiyəcək”.

O əlavə edib ki, COVID-19-a yoluxma kritik həddə olmasa, məktəblərdə dərslərin bərpası prosesini davam edəcəyik.

İlhamə Əbülfət