Rusiyada Xocalıya həsr olunmuş konfrans keçiriləcək

18:00 24-02-2021 275

Bu gün Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin dəstəyi ilə “Tarixin dərsləri və bəşəriyyətə qarşı törədilən cinayətlərin vaxtında qarşısının alınmasında müasir gənclərin rolu” adlı konfrans keçiriləcək.

“Vestnik Kavkaza” xəbər verir ki, konfransa Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB), “ALEF” İctimai təşkilatı, Azərbaycanlı Tələbə və Məzunlar Platforması (ASAP) təşkilatçılıq edəcək.

Rusiya, Azərbaycan, İsrail və Almaniyadan olan tədbir iştirakçıları, habelə Rusiya, Azərbaycan və İsrailin gənclər ictimai təşkilatlarının və KİV nümayəndələri aşağıdakı mövzuları onlayn müzakirə edəcəklər:

1. Soyqırımı insanlıq üçün qlobal bir təhlükə kimi: Soyqırımı və irqi ayrıseçkiliyin hər cür təzahürü ilə mübarizə aparmaq üçün beynəlxalq səylərin əhəmiyyəti.

2. Soyqırımı ilə əlaqəli tarixi, siyasi və sosial aspektlər və qarşısının alınması metodları.

3. Gəncliyin rolu: tarixi yaddaşın qorunması, vətənpərvərlik və millətlərarası ünsiyyət mədəniyyətinin aşılanması işi.

4. Xocalı soyqırımı: XX əsrin faciəsi.

5. Holokost: yaddaş və qarşısının alınması.

Konfrans Bakı vaxtı ilə 20:00-da başlayacaq.