Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb

21:20 24-02-2021 275

5-18 fevral tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlayn müsahibələrdə iştirak edən 2912 namizəddən 2715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.