Nigeriyada silahlı qruplaşmanın üzvləri 300-dən çox məktəbli qızı qaçırıb

02:40 27-02-2021 335

Nigeriyada bir qrup silahlı şəxs gecə saatlarında internat məktəbə basqın edərək 300-dən çox məktəbli qızı qaçırıb.

Bu barədə BBC agentliyi məlumat yayıb.

İnsident Nigeriyanın şimalındakı Djanqebe şəhərində baş verib.

Məktəbli qızların qaçırılma faktı yerli hakimiyyət orqanları tərəfindən də təsdiqlənib.