Cinsi təcavüzdə ittiham olunan ABŞ-ın gimnastika yığmasının baş məşqçisi intihar edib

03:40 27-02-2021 336

Cinsi təcavüzdə və digər ağır cinayətlərdə ittiham olunan ABŞ-ın idman gimnastikası yığmasının sabiq baş məşqçisi Con Qeddert intihar edib.

TASS agentliyi xəbər verir ki, bu barədə məlumat Miçiqan ştatının Baş prokuroru Dan Nesselin saytında yerləşdirilib.

“Bu, cinayətlə əlaqəsi olanların faciəvi sonudur”, - Miçiqan ştatının Baş prokuroru yazıb.

Qeyd edək ki, ABŞ-ın idman gimnastikası yığmasının sabiq baş məşqçisi Con Qeddert insan alverində, cinsi təcavüzdə və mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda ittiham olunur.