Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var

06:40 27-02-2021 295

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.