Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var
11:00 27-02-2021 283
Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Məmmədov Məmmədqulu Qəşəm oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ aşıq baldır oynağının, bayır topuğunun qapalı sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.