Ac qalan donuz sürüsü şəhərə girdi - VİDEO

04:40 01-03-2021 45

Türkiyənin Bursa vilayətində ac qalan donuz sürüsü qida axtarışı ilə şəhərə gəlib.

“Haber Global”ın məlumatına görə, hadisə Bursanın Mudanya bölgəsində baş verib.

Axşam saatlarında şəhərin mərkəzi küçələrində gəzişən heyvan sürüsünün görüntüləri yaxınlıqdan keçən yerli sakinlər tərəfindən mobil telefon vasitəsilə qeydə alınıb.    

Şahidlərin sözlərinə görə, donuzlar daha çox zibil yeşiklərində eşələnərək, qida axtarıblar.