“Barselona”nın COVİD-19 maskaları İspaniyada ən təhlükəsiz qoruyucu vasitədir

05:20 01-03-2021 347

“Barselona” klubunun koronavirusdan qorunmaq üçün sifarişlə hazırlatdığı maskalar İspaniyada bu məqsədlə istifadə olunan bütün analoji vasitələrdən daha keyfiyyətlidir.

Sports.ru portalının yaydığı xəbərə görə, bu barədə ölkənin istehlakçı hüquqlarının müdafiəsi üzrə qurumu məlumat verib.

Təşkilatın fevral ayı üzrə apardığı araşdırmaların yekunlarına əsasən, Kataloniya klubunun maskalarının effektivlik əmsalı 94% təşkil edir. Maskalar tam olaraq ekoloji cəhətdən təmiz materialdan – pambıqdan hazırlanıb. Onları düz 40 dəfə istifadə etmək mümkündür.

“Barsa” maskalarını 60 dərəcəyədək isti suda yumaq və 10-15 saniyə ərzində 160 dərəcəyədək qaynar ütü ilə ütüləmək olar.

Qeyd edək ki, İspaniyanın ən yaxşı koronavirus maskalarının qiyməti 12.6 avrodur (təxminən 26 manat).