Rusiya buğdanın ixrac rüsumunu artırdı

13:20 01-03-2021 375

Bu gündən etibarən Rusiya buğdanın ixrac rüsumunun bir tonunu 50 avroya qədər artırır.

Vesti.ru xəbər verir ki, bu barədə fərman yanvarın 26-da imzalanıb.

Yeni rüsum buğda, qarğıdalı, arpa və çovdar ixracı kvotası daxilində qüvvədədir.

Kvota çərçivəsində 15 martdan etibarən qarğıdalı (1 tonu 25 avro) və arpa (1 tonu 10 avro) ixracatı üçün rüsum mövcuddur. Çovdarın xaricə çatdırılması üçün rüsum ödənilmir.

Bildirilir ki, bu qərar ixracatın azaldılmasına kömək edəcək və bazar iştirakçılarının kənd təsərrüfatı xammalı ixracından yüksək əlavə dəyəri olan məhsullarının ixraca yönəldilməsinə imkan yaradacaq.

Yeni rüsumlar 1 iyun tarixinə qədər qüvvədədir və 2 iyun tarixindən etibarən səlahiyyətlilər bu sahədə üzən rüsumlar tətbiq edəcəklər.