Azyaşlı hokkeyçi aldığı zədədən komaya düşdü - VİDEO

01:00 02-03-2021 476

Rusiyada 2010-cu il təvəllüdlü idmançılardan ibarət hokkey üzrə Moksva kuboku çərçivəsində keçirilən qarşılaşmada təhlükəli epizod yaşanıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Belə ki, “Pinqvinlər” və “Hokkey Mərkəzinin Aslanları” komandaları arasındakı qarşılaşmada rəqiblə təmasdan sonra oyunçulardan biri ağır zədələnib.

Huşunu itirən azyaşlı təcili xəstəxanaya çatdırılıb və təxminən bir sutka komada qalıb. Oyunçuya 7-ci və 8-ci boyun fəqərələrinin sınığı diaqnozu qoyulub.