BƏƏ-nin İsraildəki ilk səfiri işinə başladı

02:00 02-03-2021 406

Birləşmiş Ərəb Əmirliyinin İsraildəki ilk səfiri Məhəmməd əl-Hədja səlahiyyətlərinin icrası üçün Tel-Əvivə gəlib.

Bu barədə “Əl-Cəzirə” televiziya kanalı məlumat yayıb.

Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda ABŞ-ın aktiv vasitəçiliyi ilə İsrail tərəfi BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sənədləri imzalayıb.

İsrail BƏƏ və Bəhreynlə sülhün bağlanmasına qədər Misir və İordaniya ilə diplomatik münasibətlər qurub.