Donmuş çayda gəzintiyə çıxan dörd kişi boğulmaq təhlükəsi ilə üz-üzə qaldı - VİDEO

02:40 02-03-2021 448

Ukraynanın paytaxtı Kiyevdə donmuş çay havaların istiləşməsi ilə əriməyə başlayıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, buz səthinin nazikləşməsindən xəbərsiz olan dörd kişi gəzintiyə çıxıb və sahildən bir qədər aralanandan sonra çaya düşüblər.

Hadisə yerinə cəlb olunan xilasetmə qrupu çətinliklə də olsa, təhlükəli vəziyyətlə üzləşən insanları sudan çıxara bilib.