Siciliyaya göydən daş yağdı – FOTO/VİDEO

14:20 02-03-2021 414

İtaliyanın Siciliya şəhəri “daş yağışına” tutulub.

Belə ki, hündürlüyü 300 metrə çatan lava axınları ilə birlikdə Etna dağı kül püskürüb, ardınca şəhəri “daş yağışına” tutub.

Bu barədə “Livescience” xəbər yayıb.  

İlk dəfə vulkan püskürməsi bir saatdan çox davam edib, bu, yeni bir rekorddur.

Siciliyalılar indi evlərini tərk etməməyə çalışırlar və Etnanın yeni fəaliyyətlərini qorxu ilə qarşılayırlar.

Avropalı alimlər isə “Köhnə Dünyanın” ən böyük aktiv vulkanının nəzarətdən çıxmasından narahatdırlar.