Dəqiq yumruq zərbələri iki nəfəri karaoke klubdan xəstəxanın reanimasiyasına göndərdi - VİDEO

16:00 02-03-2021 357

Rusiyanın Lipetsk şəhərində karaoke klubda baş verən dava nəticəsində iki nəfər reanimasiyaya yerləşdirilib.  

REN TV xəbər verir ki, hadisə anbaan klubun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə narazı şəxslərin bir-biri ilə qısa müddətli söz dueli əks olunub.

Bir neçə saniyə sonra isə tərəflərdən biri qarşısında dayanan iki şəxsə dəqiq yumruq zərbələri endirir.

Zərbənin gücündən iki gənc huşsuz vəziyyətdə yerə yıxılırlar.