Abşeronda iki avtomobil toqquşdu, xəsarət alan var

23:40 04-03-2021 450

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Mehraliyev Zahid Abdulla oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.