Rusiyada ailə üzvlərini öldürən yeniyetmə törətdiyi cinayətdən danışıb - VİDEO

01:00 05-03-2021 74

Rusiyanın Perm vilayətində 16 yaşlı oğlan anası, atası və 12 yaşlı bacısını öldürüb.

Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, yeniyetmənin etiraflarını əks etdirən video qurumun “Youtube” səhifəsində paylaşılıb.

Komitə oğlanın törətdiyi cinayəti səmimi etiraf etdiyini bildirib. Yeniyetmənin sözlərinə görə, onu dəhşətli əməllərə sövq edən amil aldığı psixoloji zədələr olub.

Qeyd edək ki, hadisə martın 1-də baş verib. Yeniyetmə ailə üzvlərini öldürdükdən sonra qaçıb gizlənib. Hadisə yerinə gələn müstəntiqlər əvvəlcə cinayətin ailə başçısı tərəfindən törədildiyini, sonradan özünün də intihar etdiyini zənn ediblər. Lakin ailənin yeganə sağ qalan üzvünün tapılmasından sonra əsl cinayətkarın kimliyinə aydınlıq gəlib.