Azyaşlı qızlara illərlə təcavüz edən manyak azadlığa çıxsa da, evinə qayıtmayıb

02:00 05-03-2021 526

Rusiyada “Skopin manyakı” kimi tanınan və iki gün öncə azadlığa çıxan Viktor Moxov təyin olunan vaxtda evinə qayıtmayıb.

“RİA Novosti” məlumat verir ki, o, martın 4-dən gec olmayaraq evinə qayıtmalı və üç gün ərzində hüquq-mühafizə orqanlarında qeydiyyata düşməli idi. Hazırda Moxovun mənzili qarşısında polis növbətçiləri dayanıb. Keçmiş məhbusun bu hərəkəti əvvəlcə inzibati, təkrarlanacağı halda isə cinayət məsuliyyəti yaradır.  

Qeyd edək ki, V.Moxov 2000-ci ildə 14 yaşlı Yekaterina və 17 yaşlı Yelenanı qaçırıb. O, evinin qarajında xüsusi hazırlanmış bunkerdə təxminən dörd il ərzində qızlara təcavüz edib, işgəncə verib. Onun qurbanları bunkerdən yalnız 2004-cü ilin may ayında xilas ola biliblər.