Avstraliyada təyyarə qəzası: Həlak olanlar var

02:20 05-03-2021 860

Avstraliyanın Qərbində Eksmut liman şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“9News” portalı xəbər verir ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.

Onlardan biri pilot, digər şəxs isə təyyarənin sərnişini olub.

Təyyarənin qalıqları Avstraliyanın qərb sahillərində yerləşən Keyp-Reyndj Milli Parkının ərazisində yerləşən kanyonda tapılıb.