“Simpsonlar” cizgi serialı daha iki il yayımlanacaq

02:40 05-03-2021 65

ABŞ-ın “Fox” telekanalı “Simpsonlar” animasiya serialının 33 və 34-cü mövsümlərinin yayımı haqqında qərar qəbul edib.

“Variety” resursunun məlumatına görə, cizgi serialının qeyd olunan mövsümləri 2022 və 2023-cü illərdə efirə çıxacaq.

Qeyd edək ki, “Simpsonlar”ın ilk seriyası 1989-cu ilin dekabrın 17-də nümayiş olunub.

2007-ci ildə onun motivləri əssənda tammetrajlı cizgi filmi hazırlanıb.

Ötən ilin sentyabr ayında serialın 32-ci mövsümü start götürüb. Martın 21-də “Simpsonlar”ın 700-cü seriyasının efirə gedəcəyi bildirilir.