Cənubi Koreyada cinsini dəyişən əsgər ölü tapılıb

03:00 05-03-2021 60

Cənubi Koreyanın ilk transgender əsgəri ölü tapılıb.

ABC telekanalının məlumatına görə, cinsini gizli əməliyyatla dəyişdirən əsgər ordudan xaric edilib.

23 yaşlı Byon Xvi Sunun cəsədi onun Çxondju şəhərindəki evində aşkar olunub.

Qeyd olunur ki, transgender əsgər kişi olaraq orduda xidmətə başlayıb və gizir rütbəsinə yüksəlib. O, məzuniyyəti zamanı Taylandda cinsini dəyişdirib.

Əməliyyatdan sonra Sun qadın hərbçilərlə birlikdə xidmət aparıb. Lakin çox keçmədən o, rütbədən məhrum edilərək ordudan qovulub.