“Britaniya ştammı” Avropanın 43 ölkəsində tapılıb

04:20 05-03-2021 1593

Koronavirusun “Britaniya ştammı” Avropanın 43, “Cənubi Afrika ştammı” 26, “Braziliya ştammı” 15 ölkəsində tapılıb.

Bu barədə TASS Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klugeyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, əhalinin vaksinasiyası hesabına virusun yayılması mütləq şəkildə dayandırılmalıdır.

“Bu metod öz təsirliliyini göstərib. Xəstəxanaya yerləşdirmə və ölüm halları bir çox risk qrupunda azalır. Lakin vaksinasiya üçün vaxt tələb olunur”, - deyə H.Kluge bildirib.