Mingəçevirli müəllim 60 ölkənin pulunı toplayıb - VİDEO

09:40 05-03-2021 542

Mingəçevirli müəllim maraqlı pul kolleksiyası yığıb.

Baku TV xəbər verir ki, 60-a yaxın ölkənin həm kağız, həm də metal pullarını toplayan Almaz Məmmədova 30 ildir ki, öz pul kolleksiyasını hazırlayıb.

O, xüsusi qablaşdırma edərək pulların üzərinə ölkələrin adlarını yazıb.

Tarix müəllimi olan A.Məmmədova Azərbaycanın kağız pulları ilə yanaşı, 28 il öncə ölkədə aluminiumdan istehsal edilən 10, 20 və 50 qəpikləri də əldə etməyi bacarıb.

Maraqlı məqam odur ki, A.Məmmədova müxtəlif nominallı pulları heç bir xərc çəkmədən əldə edib.

Ətraflı süjeti təqdim edirik: