“Mədəniyyət” kanalı tamaşaçılarına xoş “Ovqat” bəxş etməyə davam edir - VİDEO

15:00 05-03-2021 353

“Mədəniyyət” kanalının “Ovqat” verilişi yenidən tamaşaçılarına xoş ovqat bəxş etməyə başlayıb.

Azərbaycanın tanınmış incəsənət xadimləri, şair və yazıçılar, müxtəlif elm adamları verilişdə iştirak edərək, öz yaradıcı düşüncələrini tamaşaçılarla bölüşəcək.

Bugünkü proqramın qonaqları Xalq şairi Vahid Əziz, Əməkdar artist Azad Şükürov, dilçi-alim, professor Buludxan Xəlilov olacaq. Verilişin musiqili qonaqları Əməkdar artistlər Sevinc Sarıyeva və Feyruz Səxavət öz bənzərsiz ifaları ilə tamaşaçıları xoş ovqata kökləyəcək.

“Ovqat” aparıcı Səyyarə Səyyafın təqdimatında hər həftənin çərşənbə axşamı və cümə günləri saat 21:20-də Mədəniyyət TV-də canlı yayımlanır.