DİN-dən sosial şəbəkədə zorakılıq gördüyünü iddia edilən qızla bağlı AÇIQLAMA

15:20 05-03-2021 454

Ötən gün sosial şəbəkələrdə 14 yaşlı qızın ailə yaxınları tərəfindən zorakılığa məruz qalması ilə bağlı paylaşımlar edilib.

Məlumatlarda iddia edilir ki, qızın xalasının əri və xalası oğlu ona qarşı müxtəlif zorakılıq cəhdləri ilə onu narahat edirlər. Bununla bağlı qız anasına məlumat versə də, anası uşağa inanmayıb və qohumlarına şər atdığını deyib.

Eyni zamanda məlumatda o da qeyd olunub ki, qız polisə müraciət etmək istəyib, lakin iddialara görə, anası polisin ona inanmayacağını deyib.

HerGun.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından HerGun.Az-a bildirilib ki, 14 yaşlı qızın yaşadığı ünvan dəqiqləşdirilib və o, paytaxtdakı sığınacaqlardan birinə yerləşdirilib:

“Yeniyetmə qız polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Onunla profilaktik söhbətlər aparılıb. Məsələ ilə bağlı araşdırma davam etdirilir”.

Könül Cəfərli