Gəncədəki ağır qəzada yaralananların şəxsiyyəti bəlli oldu – YENİLƏNİB + FOTO

21:20 05-03-2021 368

Gəncədə avtobusla minik maşını toqquşub, nəticədə beş nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib.

Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobilinin şəhərdə sərnişin daşıyan 11 saylı “İsuzu” markalı avtobusla toqquşması nəticəsinsə 47 yaşlı Akif Hüseynov, 43 yaşlı Nail İsgəndərov, 36 yaşlı Vasif Məsimov, 36 yaşlı Fatimə Zeynalova və 17 yaşlı Ayxan Əliyev xəsarət alıb.

Hadisəyə avtomobil sürücüsünün sərxoş halda sükan arxasında oturması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

21:02

Gəncə şəhəri Dədə Qorqud küçəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə 11 nömrəli sərnişin avtobusu və "Chevrolet" markalı minik maşınının toqquşması nəticəsində baş verib.

Bildirilib ki, qəza zamanı xəsarət alanlar olub.