Övladını boğaraq öldürən ana daha sonra özünə qəsd etdi

01:20 06-03-2021 530

Rusiyanın Tatarıstan Respublikasında oğlunu qətlə yetirən ana daha sonra özünə qəsd edib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Tatarıstan Respublikasının İstintaq Komitəsi məlumat yayıb.

Hadisə ana və övladının yaşadığı mənzildə baş verib.

Qeyd olunur ki, altı yaşında olan uşağın boğazında zorakılıq izləri aşkar edilib.

38 yaşlı qadının və övladının cəsədlərinin üzərində tibbi ekspertizanın aparıldığı bildirilir.